12px13px15px17px
Tarix:14/03/14

“Millikart” müştərilərinə “Cash by Code” xidmətini təqdim edib

“Millikart” prosessinq mərkəzi müştərilərinə “Cash by Code” xidmətini təqdim edib.
 
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu xidmət hətta kartı olmayan şəxslərə pul göndərmək imkanı təqdim edir.
 
Bu xidmət, asan, tez, rahat və təhlükəsiz şəkildə 7/24 prinsipi ilə bankın müştərisi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir. Pul göndərmək üçün bankomatın standart menyusundan “Cash by Code” xidməti seçilir. Sonra göndərən tərəf göndərmək istədiyi şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edir. Bankomat 2 hissəli xüsusi kod hazırlayır - ikinci hissə göndərən tərəf üçün çap edilir, birinci hissə isə pulu alan tərəfə SMS vasitəsilə göndərilir.
 
 Göndərən tərəfdən kodun 2-ci hissəsi öyrənildikdən sonra və alan tərəfin SMS-lə 1-ci hissəni aldıqdan sonra alıcı sadəcə olaraq bankomat üzərində müvafiq düyməni sıxaraq, əldə olunmuş kodu daxil edir və ona göndərilən məbləği alır. Kod 24 saat müddətində qüvvədədir. Bu əməliyyatı keçirmək üçün vəsaiti alana kart tələb olunmur.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024