12px13px15px17px
Tarix:14/03/14

“Windows Phone” ödənişsiz olacaq?!

“Microsoft” şirkəti “Windows Phone” (WP) mobil əməliyyat sisteminin bazar payının artırılması üçün onu Hindistanın “Karbonn” və “Lava” mobil texnika şirkətlərinə ödənişsiz təqdim edəcək.
 
“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, hər iki şirkət “Microsoft”un yeni tərəfdaşları siyahısında yer alıb və onlar 2014-cü ilin ikinci yarısında “WP” ilə işləyən qurğularını təqdim edəcəklər. Nəşrin məlumatına görə, bir ildən çox şirkətlər arasında danışıqlar aparılıb və “Microsoft” öz əməliyyat sistemindən istifadəyə görə lisenziya ödənişlərini ləğv etdikdən sonra razılıq əldə olunub.
 
Nəşrin məlumatına görə, lisenziya ödənişlərinin ləğvi “Microsoft”un inkişaf etməkdə olan bazarlarda fəaliyyətini genişləndirmək cəhdidir. “IDC”-nin baş analitiki Manasi Yadavın fikrincə, “Windows Phone” əməliyyat sisteminin ödənişsiz yayımı bazarda onun payını artırmağa icazə verəcək.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024