12px13px15px17px
Tarix:14/03/14

Azərbaycanın aparıcı İKT şirkətləri mükafatlandırılıblar


 
Bakıda “Caspian European Club” şirkəti tərəfindən təşkil edilən "Caspian Energy Integration Award - 2014" mükafatının onuncu təqdimetmə mərasimi keçirilib.
 
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə çıxış edən Azərbaycan Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov “Caspian Energy Integration Award" mükafatının keçirilməsinin vacibliyini qeyd edib.
 
 
O bildirib ki, nominantlar arasında iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlər, o cümlədən İKT sektorunu təmsil edən şirkətlər də var, bu da Azərbaycan üçün çox vacibdir. Çünki İKT sektoru ölkənin iqtisadiyyatının inkişaf edən prioritet istiqamətlərindən biridir. İltimas Məmmədov, eyni zamanda, “Caspian European Club”un özəl sektorla dövlətin arasında dialoqun təşkilində xüsusi rolu olduğunu da qeyd edib.
 
 
Tədbir çərçivəsində ilin ən yaxşı İT sistem inteqratoru nominasiyasında “R.I.S.K.” elmi istehsalat birliyi, ilin İT və telekommunikasiya şirkəti nominasiyasında “Delta Telecom” şirkəti, ilin mobil operatoru nominasiyasında “Bakcell” şirkəti qalib gəliblər.
Tədbir çərçivəsində Azərbaycan Prezident Aparatının, Milli Məclisinin, Dövlət Neft Şirkətinin, ölkədə fəaliyyət göstərən səfirliklərin rəhbər işçiləri və nümayəndələri çıxış ediblər.
 
 
“Caspian Energy Integration Award” mükafatı dünyanın Xəzər-Qara Dəniz və Baltik regionunun 50 ölkəsində siyasi xadimlər, dövlət məmurları, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərləri arasında keçirilən internet sorğusunun nəticələri əsasında təqdim edilir.
 
 
“Caspian Energy Integration Award” beynəlxalq mükafatı bu il 15 illiyini qeyd edən “Caspian European Club”un və “Caspian Energy International Media Group”un dəstəyi ilə keçirilir.
 
Aynur Vəliyeva



Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024