12px13px15px17px
Tarix:14/03/14

“Sazz 4G İnternet” Novruz Bayramı kampaniyasına başlayır


Qarşıdan gələn Novruz Bayramı  münasibəti ilə mart ayının 15-dən etibarən "Sazz 4G İnternet" provayderi ənənəvi hədiyyə günləri keçirəcək.  Martın 30-dək davam edəcək kampaniya günlərində abunəçi olmaq istəyənlərə


 "Sazz USB" fləş modemi və bir aylıq pulsuz internet hədiyyə olunacaq. Hədiyyələri əldə etmək üçün iki aylıq abunə haqqını ödəmək kifayətdir.

 
 Qeyd edək ki, "Sazz İnternet"in "Yeniyetmə" adlı filtrlənmiş internet paketini əldə edənlərə də eyni şərtlərlə hədiyyə təqdim olunacaq.
 
Novruz kampaniyası "Sazz 4G İnternet"in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün "Sazz 4G" satış nöqtələrində keçiriləcək. "Sazz 4G" xidmətləri haqqında daha geniş məlumatları "www.sazz.az" saytından, "Sazz 4G"-nin  "Facebook" səhifəsindən, 191 nömrəli "qaynar xət"dən, habelə həftənin bütün günləri işləyən istənilən "Sazz 4G" satış nöqtəsindən əldə etmək olar.
 
"Sazz 4G" genişzolaqlı simsiz internet xidməti Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Zaqatala, Balakən, Qax, Quba, Qusar və Xaçmaz şəhərlərində xidmət göstərir. Tezliklə provayder Lənkəran, Astara, Masallı və Lerik şəhərlərində də fəaliyyətə başlamağı planlaşdırır.
 
RƏVAN
 



Baxış sayı: 1308

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024