12px13px15px17px
Tarix:14/03/14

Səlim Müslümov: “Bu ildən əmək kitabçaları öz funksiyasını itirəcək”

“Bu ilin sonuna kimi əmək kitabçaları yavaş-yavaş öz funksiyasını itirəcək”. Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
O bildirib ki, biz artıq elektron qeydiyyat sisteminin proqram təminatını tam işləyib başa çatdırmışıq.
 
“Bu gün bununla bağlı ilk seminar keçiriləcək. Yaxın zamanlarda həmin proqramın geniş səviyyədə ictimaiyyətə təqdimatını keçirəcəyik. Ondan sonra  birbaşa istifadəyə veriləcək və istismara başlanacaq. Bu proses tam həyata keçirildikdən sonra əmək kitabçaları özlərində daşıdıqları informasiyaya görə hər hansı bir funksiyanı yerinə yetirməyəcək. Çünki bütün məlumatlar hər bir işləyən şəxs barədə elektron informasiya bazasında olacaq”.
 
RƏVAN



Baxış sayı: 918

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024