12px13px15px17px
Tarix:14/03/14

Bu aydan “DVB-T2” standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımı həyata keçiriləcək

Bu aydan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Quba rayonunda ilk dəfə olaraq “DVB-T2” standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımını həyata keçirəcək.
 
Bu barədə birliyin texniki direktoru Mikayıl Abbasov məlumat verib. Onun sözlərinə görə, nəticədə Quba və ətraf -  Qusar, Xaçmaz, Dəvəçi və s. rayonların əhalisi xarici ölkələrin 60-dan çox müxtəlif televiziya proqramlarını izləyə biləcəklər. Hazırda kommersiya yayımının həyata keçirilməsi istıqamətində hazırlıq işləri görülür.
 
Belə ki, “DVB-T2” standartlı rəqəmli yayımı təmin edən verici və anten-fider sistemləri alınaraq quraşdırılmış, proqramların baş stansiyadan çatdırılması üçün Quba TKQ-dən Quba rayonu Dağlı qəsəbəsində yerləşən radio-televiziya stansiyasına  “FO-24” optik kabeli çəkilir. Yaxın günlərdə yayıma da başlanacaq.
 
Qeyd edək ki, yeni quraşdırılan vericilər təkcə quraşdırıldıqları rayonlarda yox, ətraf  rayonlarda da radio-televiziya verilişlərinin qəbulunun keyfiyyətini yüksəldib və  əhatə dairəsini daha da genişləndirib.
 
RƏVAN
 



Baxış sayı: 989

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024