12px13px15px17px
Tarix:15/03/14

İnternetdə birinci domen qeydiyyatdan keçirilib

Bu gün ".com" domen zonası ad gününü "bayram edir". "Symbolics.com" birinci internet domeni 1985-ci il martın 15-də qeydiyyatdan keçirilib. Həmin il, həmçinin daha 5 domen adı qeydiyyatdan keçirilib.
"Netscape" şirkətinin "Mosaic" brauzerini istifadəyə verməsi internet adlarının populyarlaşmasında dönüş nöqtəsi olub.

Təxminən 1997-ci ildən etibarən internet domenlərinin qeydiyyatdan keçirilməsində yüksək artım qeydə alınıb. Həmçinin ".com" domen zonasında qeydiyyatdan keçirilmiş domen adlarının sayı 1 milyonu ötüb. O vaxtdan etibarən domenlərin sayı yalnız həndəsi silsilə üzrə artır.

Nəticədə, 2007-ci il noyabrın 4-də ".com" zonasında dörd hərfli domen adları bitib.

Hazırda ".com" zonasında hər gün təxminən 100 min yeni domen yaradılır ki, bu resurslardan gün ərzində təxminən 90 milyon insan istifadə edir.

"Netcraft" analitik şirkətinin məlumatına əsasən, hazırda dünyada 631 milyondan çox sayt fəaliyyət göstərir.

Qeydiyyatdan keçirilmiş 10 ilk domen

1. 15 mart 1985 – “SYMBOLICS.COM”

2. 24 aprel 1985 – “BBN.COM”

3. 24 may 1985 – “THINK.COM”

4. 11 iyul 1985 – “MCC.COM”

5. 30 sentyabr 1985 – “DEC.COM”

6. 07 noyabr 1985 “NORTHROP.COM”

7. 09 yanvar 1986 – “XEROX.COM”

8. 17 yanvar 1986 – “SRI.COM”

9. 03 mart 1986 – “HP.COM”

10. 05 mart 1986 – “BELLCORE.COM”

Emil Hüseynov




Baxış sayı: 819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024