12px13px15px17px
Tarix:15/03/14

ABŞ polisi “FirstNet” xidmət şəbəkəsini yaradır

ABŞ-da polis, yanğınsöndürmə xidməti və digər dövlət idarələrinin ehtiyacı üçün bütün ölkə ərazisini əhatə edəcək “FirstNet” daxili kommunikasiya şəbəkəsinin yaradılması ilə bağlı plan hazırlanıb.
Layihənin təqdimatında bildirilib ki, “FirstNet” adi kommersiya internetindən ayrıca fəaliyyət göstərsə də, etibarlı rabitə əlaqəsini təmin etməklə istənilən hava şəraitində işə zəmanət verəcək.

İşin dayanıqlığı kommersiya internetinin lokal şəbəkələrində fasilələrin yaranması (məsələn, müəyyən fövqəladə hal, təbii fəlakət və ya terror aktı baş verdikdə şəbəkədən daha çox insanın istifadə etməsi) hallarında böyük əhəmiyyət kəsb edir. “FirstNet” vasitəsilə polis xidməti məlumatı, o cümlədən cinayət hallarının baş verdiyi yerlərin videogörüntüsünü, şübhəli şəxslərin müəyyənləşdirilməsi üçün metaməlumatları və s. ötürəcək. Təqdimatda polis zabitinin mülki şəxsin fotoşəkilini çəkərək mərkəzi məlumat bazasından onun haqqında informasiya soruşması nümayiş olunub. Bu zaman serverdə şübhəli şəxsin üzünün tanınması prosesi baş verir, polis isə öz planşet kompüterində onun barəsində ətraflı məlumat əldə edir.

“4G” texnologiyası bazasında yaradılan “FirstNet” şəbəkəsi ABŞ-ın bir neçə ştatında sınaqlardan keçirilib və 2014-cü ildə onun ölkə səviyyəsində istismara veriləcəyi gözlənilir.


Hüquq müdafiəçiləri artıq polisin biometrik texnologiyalardan nəzarətsiz istifadə etməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Onların fikrincə, belə hallar mütləq qanunvericiliklə məhdudlaşdırılmalıdır, - “Xaker www.xakep.ru” yazır.   




Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024