12px13px15px17px
Tarix:17/03/14

“Azərkosmos” ASC-də Qafqaz Universitetinin nümayəndələri ilə görüş keçirilib

Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə Qafqaz Universitetinin (QU) nümayəndələri ilə “Azərkosmos” ASC-nin əməkdaşları arasında görüş keçirilib. ASC-nin İnsan Qaynaqları Departamentinin müdiri İnara İbrahimxəlilova, İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Rövşən Rüstəmov və həmin şöbənin meneceri Kamran Əliyevlə keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.


Belə ki, müzakirə məsələlərinə QU-nun məzun və tələbələrinin işlə təmin olunması, təcrübə keçmələri, şirkət gəzintilərinin təşkili, şirkət nümayəndələrinin universitetdə “Master klass”lar keçməsi və şirkətlər arasında çoxsahəli əməkdaşlıq sahələri daxil olub.


Qeyd edək ki, hazırda fəaliyyətdə olan “Azercpace-1” peyki şifrlənmiş rabitə əlaqəsinin təmin edilməsi, radio və televiziya yayımının həyata keçirilməsi, yüksəksürətli internetin təmin edilməsi və məlumatların ötürülməsi sistemini həyata keçirir. “Azerspace-1” peykinin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir.


Həqiqət İSABALAYEVA



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024