12px13px15px17px
Tarix:17/03/14

Fevralda Yaponiyada smartfon satışlarının yarısı “iPhone” modelinin payına düşüb

“Apple” şirkətinin “iPhone” smartfon modeli Yaponiyada ən populyar qurğu olmaqda davam etməklə satış həcminə görə rəqib şirkətlərin mobil qurğularını xeyli geridə qoyur.

Belə ki, Yaponiyada elektron qurğuların satışını izləyən “BCN” şirkətinin məlumatına görə, fevralda ölkədə ən populyar smartfon “iPhone 5s” modeli olub. Həmin ayda Yaponiya smartfon bazarının 44,5 faizi bu modelin payına düşür. Payı 5,9 faiz təşkil edən “Apple iPhone 5c” modeli ilə birlikdə ötən ay gündoğar ölkədə satılan smartfonların təxminən yarısı “Apple” şirkətinə məxsus olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin dekabrında “Apple”ın Yaponiya bazarında payı 44 faizə bərabər olub.

Ötən il bu ölkədə smartfon satışı ABŞ istehsalçısına 13,5 milyard dollar gəlir gətirib ki, bu da illik mədaxilin 7,9 faizi deməkdir.

Ötən ilin son rübündə “Apple”ın smartfonlardan əldə etdiyi gəliri 5 milyard dollar və ya bütün mədaxilin 8,6 faizini təşkil edib ki, bu da şirkətə üç ay ərzində 11,6 faizlik əməliyyat mənfəəti qazandırıb.

Fevralda “Apple” ilə yanaşı, “Sony” şirkəti də qənaətbəxş fəaliyyət göstərsə də, nəticələri ABŞ istehsalçısının uğurları ilə müqayisəedilməzdir. Məsələn, “Sony Xperia Z1 Compact”ın versiyası olan “Sony Xperia Z1 f” modeli Yaponiya bazarında 2,3 faizlik paya sahib çıxdığı halda fevralın yekunları üzrə “Sony Xperia Z1” bu bazarda 2 faizlik payla kifayətlənib, - "3DNews www.3dnews.ru” yazır.



Baxış sayı: 349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.