12px13px15px17px
Tarix:17/03/14

“Microsoft” şirkəti “Office 365” “bulud” xidmətinin istifadəsini daha da genişləndirmək niyyətindədir

"Microsoft" şirkəti "Office 365" xidmətinin tətbiqində irəliləyiş müşahidə olunduğunu bildirib.
Şirkətin təhsil layihələri üzrə meneceri Emin Axundov "ICTnews" xəbər xidmətinə bildirib ki, bu xidmət elektron təhsilin bir hissəsidir.

"Biz artıq Azərbaycan Dövlət Texniki Universitetində, Tikinti və Memarlıq İnstitutunda, Xəzər Universitetində, Turizm Universitetində, Qafqaz Universitetində, İqtisadiyyat Universitetində, Bakı Ali Neft Məktəbində və ümumilikdə 10-a yaxın ali və orta  məktəblərdə bu xidmət tətbiq edilib. Artıq Təhsil Nazirliyi ilə birgə müəllimlər üçün “teacher.edu.az” domeni altında elektron poçtlar yaradılır. Bu sistemdə 12 minə yaxın müəllim poçtu qeydiyyatdan keçib və "Office 365" üzərindən müəllimlər “Azərbaycan müəllimi” qəzetinin elektron versiyasını ala bilirlər. Bundan başqa, Təhsil Nazirliyi direktorlarla məlumat mübadiləsi sistemi yaratmağı nəzərdə tutur və biz bu layihəni “Offisce 365” üzərində yaratmağı təklif edirik”,- deyə o bildirib.

“Offisce 365”  xidməti vasitəsilə ali təhsil ocağında tələbə və müəllimlər üçün komfortlu şərait yaradılır. Belə ki, bütün tələbələrin "bulud"da eyni domenli tələbə elektron poçtu sistemi yaradılır və bu sistem çərçivəsində onları ad və soyadları üzrə taparaq lazım olan məlumatı çatdırmaq olur. Artıq tələbələr dərsə gəlmədikdə asanlıqla müəllimin təqdim etdiyi mühazirə ilə faylı bu sistemdən yükləyərək növbəti dərsə və ya imtahana hazırlaşa bilər, müəllim isə istədiyi vaxt tələbəni taparaq ona əlavə və ya təcili məlumatı bildirə bilər. Bu, elektron universitetin  bir elementidir və tələbələrə hardasa sərbəstlik verir ki, onlar dərsə gəlmədikləri halda belə imtahana hazırlaşa bilsinlər.
Bununla yanaşı, bu elektron ünvanla "ISIC (International Student Identity Card)" güzəştli kart almaq mümkün olacaq, hazırda bu sistemə qoşulmaq üçün tələbə bileti təqdim etmək lazımdır.
Bu kart Tələbə Vəsiqəsi Beynəlxalq Assosiasiyası tərəfindən buraxılıb və tələbə turizminin inkişafına,  tələbələrin təhsil və mədəniyyət mübadiləsində iştirakını asanlaşdırmaq üçün nəzərdə tutulub".

Qeyd edək ki,  "ISIC" dünyanın 90-dan çox ölkəsində qəbul edilir və onun vasitəsilə tələbələr kafe və restoranlarda, mehmanxanalarda, dəmiryol və hava nəqliyyatına (Austrian Airlines, Lufthansa, British Arways, Air France) bilet aldıqda güzəştli qiymətlərdən istifadə edə bilir. Bu kartı ali təhsil ocaqlarının tələbələri ilə yanaşı, məktəb, lisey, gimnaziyalarda oxuyan 12 yaşından böyük uşaqlar istifadə edə bilərlər.

Aynur Vəliyeva
 
 




Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024