12px13px15px17px
Tarix:17/03/14

London dünyanın texnoloji paytaxtına çevriləcək

2010-cu ildə “Tech City” texnoloji şirkətlərə dəstək proqramı istifadəyə verildikdən sonra London Avropanın nəhəng texnoloji mərkəzinə çevrilib. Bu barədə London meri Boris Conson deyib.

2010-2013-cü illər ərzində Londonda təsis edilən 300-dən çox şirkət təxminən 1,5 milyard funt-sterlinq məbləğində investisiya cəlb edib. Bu il artıq Böyük Britaniya texnoloji şirkətlərinin satışı ilə bağlı iki böyük saziş (Google şirkəti DeepMind, Zynga isə NaturalMotion şirkətlərini satın alıb) imzalanıb.

Britaniya paytaxtında əksər texnoloji şirkətlər Şərqi Londonun Old-strit küçəsindəki “Silicon Roundabout” yolayrıcında fəaliyyət göstərir. Lakin mer hesab edir ki, şirkətlər artıq şəhərin digər rayonlarında da fəaliyyətə başlamalıdır. Bu yaxınlarda Böyük Britaniya hökumətinin Old-stritdə yerləşən texnoloji mərkəzin yenidən qurulmasına 50 milyon funt-sterlinqin ayrılmasına hazır olmamamsı məlum olub.  

B.Conson bəyan edib ki, iyunun 16-20-də Londonda ilk “Yüksək texnologiyalar həftəsi” keçiriləcək. Onun sözlərinə görə, həftəlik tədbirlərdə texnologiya sahəsinin mindən çox görkəmli nümayəndəsinin iştirakı gözlənilir, - "Computerworld” www.osp.ru yazır.

 




Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024