12px13px15px17px
Tarix:17/03/14

“WhatsApp”da səsli zənglər istifadəyə veriləcək

"iPhoneItalia" bloqu yazır ki, "WhatsApp" şirkəti eyni adlı messencerinin yeni versiyasını hazırlayır: "VoIP" zənglər dəstəklənəcək. Resurs tətbiqin yeni beta-versiyasının ekran görüntüsü bloqda yerləşdirilib.

Şəkildə çağırış idarəetmə düymələri görsənir. Tətbiqin yeni versiyasının dizaynı "iOS 7.1" platformasının yeni dizaynına çox oxşardır.

"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "WhatsApp" populyar ödənişsiz messencerdir və onun auditoriyası 450 milyondan çoxdur. Tətbiq "iPhone", "Android", "Windows Phone", "BlackBerry", "Nokia S40" və "Symbian" üçün əlçatandır. İstifadəçilər mətn mesajlarından başqa, fotoşəkil və videofaylları göndərə bilərlər. 2013-cü ilin avqustunda əvvəlcədən yazılmış səs mesajlarının göndərilməsi funksiyası istifadəyə verilib.

Bir neçə həftə əvvəl "WhatsApp"ın yaradıcısı Yan Koum 2014-cü ilin ikinci rübündə tətbiqə "VoIP" texnologiyası üzrə çağırış funksiyasını əlavə etməyə söz verib. O deyib ki, "WhatsApp" rəqib məhsullarla müqayisədə trafiki az istifadə edəcək.

Xatırladaq ki, fevralın sonunda "Facebook" şirkəti "WhatsApp"ı 19 milyard dollara satın alıb.

Emil Hüseynov



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024