12px13px15px17px
Tarix:17/03/14

4 gün ərzində “Nokia X Android” smartfonu üçün 1 milyondan çox ilkin sifariş həyata keçirilib

“Nokia” şirkəti “Twitter” mikrobloqunda elan edib ki, Çində “Nokia X” smartfonlarına ilkin sifarişlərin sayı 1 milyona çatıb. “Nokia X” smartfonu 2014-cü il fevralın sonunda təqdim edilib. Aparatın əsas xüsusiyyəti “Android” platforması ilə işləməsidir.

“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, model 1 QHs takt tezlikli “Qualcomm Snapdragon 200” ikinüvəli prosessoru, 512 MB əməli yaddaş qurğusu, 4 QB daşıyıcı ilə təchiz edilib və 32 QB-dək yaddaş kartlarını dəstəkləyir. Qurğu 800x480 nöqtə təsvir ölçülü 4 düymlük ekran, 5 meqapiksellik işıqlandırıcısız kamera, 1500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və iki SİM kart dəstəkləyir.

“Nokia X” seriyasına məxsus smartfonlarda “Nokia” və “Microsoft” şirkətlərinin xidmətləri istifadə edilib: “HERE” kartoqrafiyası, “Nokia MixRadio” musiqi xidməti, “Microsoft Bing” axtarış sistemi, “OneDrive” saxlancı və s. “Google Play” tətbiq mağazasına giriş yoxdur, lakin “Nokia Store”, "Yandeks.Store" və başqa kənar kataloqlara giriş var.

Çində “Nokia X” smartfonunun qiyməti 599 yuan (təxminən 97 dollar) təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 876

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024