12px13px15px17px
Tarix:18/03/14

Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin 50 illiyi qeyd edilir

Martın 18-19-da Belarus Respublikasının  paytaxtı Minsk şəhərində Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, tədbirdə iştirak etmək məqsədilə idarənin rəisi Əflatun Məmmədov Minsk şəhərinə ezam edilib.

Qeyd edək ki, 1964-cü ildə fəaliyyətə başlayan Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti elmi tədqiqat və tədris mərkəzi olaraq informatika, radioelektronika və telekommunikasiya sahələrində mühəndislərin və  elmi kadrların hazırlanmasında mühüm rol oynayır. Bu gün ali məktəbdə elektron optik sistemlər və texnologiyalar, radioinformatika, çoxkanallı telekommunikasiya sistemləri, informasiya sistemləri və texnologiyaları, süni intellekt, mikro və nanoelektron texnologiyalar və sistemlər, informasiya texnologiyalarının proqram təminatı, telekommunikasiya şəbəkələri, marketinq, sənaye elektronikası, tibbi elektronika, iqtisadiyyat və istehsalatın təşkili, təhlükəsizliyin texniki təminatı, radioelektron sistemlər, informasiya sistem və şəbəkələrinin meteorologiya təminatı və digər ixtisas istiqamətləri üzrə tədris həyata keçirilir.

CAHANGİR




Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024