12px13px15px17px
Tarix:18/03/14

“Azərkosmos” “CABSAT-2014” sərgisində öz stendi ilə iştirak edib

"Azərkosmos" ASC 2014-cü ilin 11-13 mart tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilən "CABSAT-2014" sərgisində öz stendi ilə iştirak edib.
 
"Azərkosmos"-dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunun ən böyük yayım, rəqəmli media və peyk xidmətləri tədbiri hesab edilən bu sərgidə "Azərkosmos" ASC-nin stendi iştirakçılarda müsbət təəssürat yaratmış və bir çox Yaxın Şərq və Avropa şirkətlərinin diqqətini cəlb edib. Sərginin gedişatı zamanı Azərbaycanın milli peyki və onun resurslarının istifadə imkanları ilə maraqlanan şirkətlərlə "Azərkosmos" ASC-nin nümayəndələri arasında data və yayım xidmətləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
 
"Azərkosmos" ASC üçün "CABSAT-2014" sərgisində iştirak "Azərspace-1" telekommunikasiya peykinin imkanlarının beynəlxalq bazarda tanıtdırılması və "Azərkosmos" brendinin populyarlaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.
 
"Azərkosmos" ASC Qafqaz regionunda fəaliyyət göstərən yeganə peyk operatorudur. Şirkət "Azərspace-1" telekommunikasiya peyki vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən müştərilərinə yüksək etibarlı məlumatların ötürülməsi və teleyayım xidmətlərini təqdim edir. "Azərspace-1" peykinin orbital mövqeyi 46 dərəcə şərq uzunluğudur və xidmət müddəti 15 ildir.
 
Aynur Vəliyeva
 




Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

15 09 2019