12px13px15px17px
Tarix:19/03/14

2019-cu ilədək yeni avtomobillərin 38 faizi naviqasiya ilə təchiz ediləcək

2013-cü ildə dünyada istehsal edilmiş yeni avtomobillərin təxminən 22 faizi naviqasiyanı dəstəkləyən daxili informasiya-əyləncə sistemi ilə təchiz edilib. “ABI Research” analitiklərinin proqnozuna əsasən, 2019-cu ilədək bu göstərici 38 faizədək artacaq və  naviqatorla təchiz edilmiş nəqliyyat vasitələri tədarükünün orta illik artım sürəti 13,6% təşkil edəcək.

“ABI Research”in analitiki Qaret Ouen deyir ki, smartfon və planşetlər çox hallarda naviqator qismində sürücülər tərəfindən istifadə olunur. Tədqiqatçılar hesab edirlər ki, 5 il sonra naviqasiya ilə təchiz edilmiş telefonların tədarük həcmi 1,68 milyard olacaq.

“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, mobil naviqasiyanın əsas üstünlüyü “Google”, “Apple”, “Nokia” və başqa şirkətlər tərəfindən təklif edilən ödənişsiz kartoqrafiya xidmətlərini dəstəkləməsidir. Mənfi cəhəti isə ondan ibarətdir ki, internetə çıxış daima olmalı və telefonu ön şüşəyə bərkitməkdir ki, bu da  yolun görüntüsünü azaldır.

Emil Hüseynov




Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024