12px13px15px17px
Tarix:19/03/14

Avropa Parlamenti komitəsi Aİ-nin mobil rabitə abunəçiləri üçün rouminqin ləğvinə səs verib

Avropa Parlamentinin Energetika, sənaye və tədqiqatlar komitəsi Avropa Komissiyasının Avropa İttifaqı (Aİ) daxilində mobil rabitə abunəçiləri üçün rouminq tariflərinin ləğvini nəzərdə tutan qanun layihəsini razılaşdırıb. Bu barədə komitənin məlumatında deyilir.

“Avropa deputatları aprelin 3-də keçiriləcək plenar iclasda qanun layihəsinə səs verəcəklər”, - komitənin məlumatında qeyd edilib.

Bir müddət əvvəl “Eurobarometr” şirkətinin ictimai fikrin öyrənilməsi üçün keçirdiyi sorğudan məlum olub ki, avropalıların 47 faizi Aİ ölkələri üzrə səyahət edən zaman mobil interneti söndürür, yalnız on nəfərdən biri elektron poçtdan adi rejimdə istifadə etməkdə davam edir, dörddə bir hissəsi isə sadəcə telefonlarını şəbəkədən ayırır.    

2013-cü ilin payızında Avropa Komissiyası 2016-cı ilədək Avropa İttifaqı abunəçilərinin mobil rabitə və internetdən öz ölkələrində istifadə etdikləri tariflərlə yararlanmaları üçün vahid zonanın yaradılmasını nəzərdə tutan qanun layihəsini təklif edib, - “Digit www.digit.ru” yazır.




Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024