12px13px15px17px
Tarix:19/03/14

17 ildən sonra “Xbox”un əsas tərtibatçısı “Microsoft”u tərk edib

“Xbox” məhsulu üzrə baş direktor Mark Uayten 17 ildən sonra “Microsoft” korporasiyasını tərk edib.
Son illərdə “Microsoft”u bir neçə veteran tərk edib. Onların arasında baş  proqram arxitektoru Rey Ozzi və “Windows” and “Windows Live” bölməsinin prezidenti Stiven Sinofski var.

“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Mark Uayten “Microsoft” korporasiyasında proqram təminatı tərtibatçısı kimi işləməyə başlayıb. O, “Xbox” komandasına 2000-ci ildə daxil olub və “Xbox”, “Xbox 360” və “Xbox One” oyun konsollarının hazırlanmasında iştirak edib. 2010-cu ildə məhsul üzrə əsas direktor vəzifəsinə təyin edilib.

Rəsmi məlumata əsasən, Mark Uayten səsli avadanlıq istehsalı ilə məşğul olan “Sonos” şirkətində işə düzələcək. Vəzifəsi dəqiq bilinmir.

"Son 14 ildə Mark “Microsoft”un oyun biznesinin yaradılmasında və inkişafında aparıcı rol oynayıb. O, öz işinin peşəkarlarından ibarət güclü  komandasını toplaya bilib, nəticədə qeymerlərin ixtiyarına innovasiya məhsulları təqdim edilib" – “Microsoft”un strategiya və marketinq üzrə vitse-prezidenti Yusif Mehdi deyib.

“Microsoft” korporasiyasının yeni “Xbox One” oyun konsolu satış həcminə görə əsas rəqibi “Sony PlayStation 4”-dən geri qalıb. Fevral ayının ortasına olan vəziyyətə görə, “Sony” şirkəti təxminən 5,3 milyon konsol satıb, halbuki “Microsoft”un satış həcmi təxminən 3,6 milyon təşkil edib. Hər iki oyun konsolu təxminən eyni vaxtda satışa çıxarılıb.

Emil Hüseynov




Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024