12px13px15px17px
Tarix:27/03/14

İki kredit kartı ölçüsündə superkompüterlər yaradılacaq

“NVIDIA” şirkəti San-Hose şəhərində keçirilən “GPU Technology Conference” konfransında mərkəzi və qrafik prosessorlar arasında məlumat mübadiləsini bir neçə dəfə sürətləndirən interfeys təqdim edib. “NVLink” adlı bağlantı üzrə informasiyanın ötürülmə sürəti saniyədə 80 qiqabayta çatır.

Yeni interfeysin buraxılması 2016-cı ilə planlaşdırılan “Pascal” arxitekturalı qrafik çipə inteqrasiya edilməsi gözlənilir.  
Hazırda “GPU” və “CPU” arasında mübadilə sürəti 16 QB ilə məhdudlaşır. Beləliklə, “NVIDIA”-nın yeni məhsulu müasir “PCI Express” (PCIe) kompüter şinini 5-12 dəfə üstələyir. Bundan başqa, “NVLink”in fiziki ölçüsünün “PCIe” kartından üç dəfə kiçik olması da əhəmiyyət kəsb edir.

Prosessorlararası interfeys üzrə məlumatların ötürülmə sürətinin artırılması daha güclü və “ağıllı” superkompüterlərin, eləcə də yeni nəsil oyun fərdi kompüter və mobil qurğuların yaranmasına səbəb olacaq. Bundan əlavə, “NVIDIA”-nın yeni arxitekturasından məlumatların təhlili və kompüter təlimi kimi sahələr faydalanacaq.

Qrafik prosessorlar superkompüterlərdə tez-tez tətbiq olunmaqla mərkəzi prosessorun sürətləndiricisi rolunda çıxış edir. 500 ən güclü sistemlər siyahısında qrafik prosessorlar 53 kompüterdə istifadə olunub ki, onun da 38-də “NVIDIA” çipi quraşdırılıb. Lakin liderlik siyahıda yer alan superkompüterlərin 82,4 faizini prosessorlarla təmin edən “Intel” şirkətinə məxsusdur.

“Pascal” çipinə qrafik prosessor və mərkəzi prosessor daxil ediləcək ki, bu da superkompüteri “iki kredit kartı ölçüsündə yerləşdirməyə” imkan verəcək. Arxitekturada ilk dəfə buraxılış qabiliyyətini, yaddaş tutumunu və enerji səmərəliyini artıran üçölçülü “3D Memory” yaddaş xanası texnologiyasından istifadə ediləcək, - “Vesti www.vesti.ru” yazır.  
 



Baxış sayı: 620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024