12px13px15px17px
Tarix:27/03/14

2014-cü ildə kompüter və mobil qurğuların tədarükü 7 faiz artacaq


Cari ildə fərdi kompüter (noutbuklar daxil olmaqla), planşet və mobil telefonların ümumi tədarük həcmi 2,5 milyard ədədə çatacaq ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 6,9 faizlik artıma bərabərdir. 2013-cü ildə bu qurğuların tədarükündə 4,8 faizlik artım qeydə alınıb. Bu barədə "Gartner” analitik şirkətinin məlumatında deyilir.

Ekspertlərin sözlərinə görə, fərdi kompüter və noutbukların planşetlərlə əvəzlənməsi tendensiyası zəifləyəcək.  

2014-cü ildə dünya bazarına 271 milyon planşet kompüterin çıxarılacağı gözlənilir. Bir il əvvəl bu göstərici 195 milyon ədəd olub. Masaüstü kompüterlərin tədarükü 6,6 faiz azalaraq 276,7 milyon ədəd təşkil edəcək. Elektronika bazarının ən böyük kateqoriyası ilin yekunları üzrə 1,9 milyard ədəd proqnozlaşdırılan tədarük həcmi ilə mobil telefonlar olaraq qalır. Analitiklər 2013-cü illə müqayisədə 4,9 faizlik artım proqnozlaşdırırlar.  


“Gartner”in baş analitiki Annet Zimmermanın sözlərinə görə, telefon alışında daha çox fəallığı inkişaf etməkdə olan regionların sakinləri göstərir. Onlar iqtisadiyyatı inkişaf etmiş ölkələri təmsil edən istifadəçilər arasında smartfonlara olan zəif tələbatı kompensasiya etməyə kömək edirlər. Burada insanlar maraqlı yeniliklərin olmaması səbəbindən qurğular almaqda həvəsli deyillər.

Mütəxəssislərin qiymətləndirməsinə görə, “Android” əməliyyat sistemi ən populyar sistemdir. 2014-cü ilə satışa çıxarılacaq 1,2 milyard qurğu məhz bu əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Ötən il 880 milyon qurğu bu sistemin idarəetməsi ilə işləyib. “Windows” sistemli qurğuların tədarükü 339 milyon ədədə çatacaq. 2013-cü ildə bu göstərici 325 milyona bərabər olub.

“Apple” şirkəti ümumilikdə 286 milyon smartfon, planşet, pleyer və kompüter tədarük etməklə tədarük həcmini 45 milyon qurğu artıracaq. “Digərlər” kateqoriyasına 683 milyon elektron qurğu aid edilir, - "DailyComm www.dailycomm.ru” yazır.




Baxış sayı: 462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.