12px13px15px17px
Tarix:28/03/14

“Azərkosmos” Yaxın Şərq və Afrika bazarlarında müştəri bazası yaradır

ASC “Azərkosmos” bu ilin birinci yarısında Yerin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuş aşağıorbitli peykin istehsalçısı ilə müqavilə imzalamaq niyyətindədir.  

 “ICTnews” xəbər xidməti “Azərkosmos”un rəhbəri Rəşad Nəbiyevin “www.thebusinessyear.com” beynəlxalq nəşrinə verdiyi müsahibəyə istinadən məlumat verir ki, artıq aşağıorbitli peykin istehsalı ilə bağlı tender elan edilib və yaxın zamanda tenderin qalibi ilə müqavilənin imzalanması gözlənilir.

“Biz bu il Yaxın Şərq, Orta Asiya, Türkiyə və MDB ölkələrinin bazarlarında öz iştirakımızı artırmaq niyyətindəyik. Bu ilin ortalarına kimi biz növbəti peykimizin ən münasib mövqeyini müəyyən edəcəyik. Bundan başqa, bizim bir sıra digər layihələrimiz var, hansı ki, “Azərkosmos”un fəaliyyətinin genişlənməsini göstərəcək”,- müsahibədə qeyd edilib.

R. Nəbiyevin müsahibəsinə əsasən, “Azərkosmos”un əsas məqsədi ikidilli əhaliyə malik olan ölkələrin bazarlarını əhatə etməkdir. Hazırda Orta Asiyada rus və türk televiziya kanalları təqdim edilir, Yaxın Şərqdə ərəb və ingilisdilli televiziya kanallarının yayımının təşkili üzərində işlər aparılır. Növbəti üç il ərzində “Azərkosmos” bu istiqamətdə vacib addımlar atacaq, əsasən də bu, Afrika bazarında müştəri bazasının yaradılması ilə bağlı olacaq.

Aynur Vəliyeva
 




Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024