12px13px15px17px
Tarix:28/03/14

Startap layihələrinin müəllif hüquqları qorunacaq

Azərbaycan Müəllif Hüquqları Agentliyi İnformasiya Texnologiyalarının İnkişafı  Dövlət Fonduna təqdim edilən startap layihələrinin müəllif hüquqlarını təmin etməyə hazır olduğunu bildirib.

Agentliyin Aparat rəhbəri Fuad Kərimovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu günədək bununla bağlı agentliyə müraciət daxil olmayıb.

“Ümumiyyətlə, biz dövlət müəssisələrinə təqdim edilən layihələrin müəllif hüquqlarını təmin edirik. Bunun üçün agentliyə dövlət orqanından rəy daxil olmalıdır və bu rəyin əsasında ilk növbədə layihənin ekspertizası keçirilir, onun orijinallığı və digər göstəriciləri müəyyən edilir. Bundan sonra layihə qeydiyyatdan keçirilir və gələcəkdə onun müəllifinin əqli mülkiyyət hüquqları təmin edilir”,- deyə o bildirib.

Aynur Vəliyeva




Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024