12px13px15px17px
Tarix:29/03/14

Avropa istifadəçiləri “Windows XP” əməliyyat sistemindən imtina etməyə çağırıb

İstifadəçilər “Windows XP” əməliyyat sistemindən (ƏS) imtina edərək yeni ƏS-i versiyasından istifadə etməlidirlər. Dünən axşam “Avropol” (Avropa İttifaqının Avropol Polis Xidməti) “Microsoft” şirkətinin 2014-cü il aprelin 8-dən köhnə sistemin dəstəklənməsini dayandıracağı ilə bağlı belə xəbərdarlıqla çıxış edib.

"Bu o deməkdir ki, təhlükəsizlik nöqteyi-nəzərindən boşluqlar aradan qaldırılmayacaq və nəticədə kompüter hakerlərin hücumlarına qarşı dayanıqsız olacaq. “Windows XP” populyarlığına görə ikinci əməliyyat sistemi olduğuna görə, potensial “qurban”ların sayı ciddi narahatçılıq doğurur" – “Avropol”dan bildirilib.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hazırda sistemə müdaxilə üçün kibercinayətkarlar bir çox müxtəlif variantlardan istifadə edəcəklər.

Ekspertləri narahat edən əsas məsələ “Microsoft”un dəstəklənən versiyalar üçün təhlükəsizlik yeniləmələri çıxarmağa davam etməsidir. Yeni versiyalarda aradan qaldırılmış boşluqların aşkar edilməsi zamanı hakerlər artıq proqram nəhəngi tərəfindən dəstəklənməyən “Windows XP” platformasında onları taparaq sistemə müdaxilə edəcəklər. "Aprelin 8-dən “Windows XP” ilə işləyən kompüterləri, hətta antivirus proqram təminatı da tamamilə qoruya bilməyəcək" – “Avropol” mütəxəssisləri bildiriblər.

Emil Hüseynov




Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024