12px13px15px17px
Tarix:29/03/14

Azərbaycanda keçiriləcək “Capture the flag” yarışının iştirakçıları 8 tapşırıq həll etməli olacaqlar


Martın 28-də Azərbaycanda “Capture the flag” (CTF - Bayrağı tutmaq) yarışı keçiriləcək.

“ICTnews” xəbər xidmətinin “http://ctf.hackathonazerbaijan.org” saytına istinadən verdiyi məlumata əsasən, qeydiyyatdan keçmiş bütün komandaların öz unikal ID nömrələri var.

Yarış başlayan kimi komandaların qeyd etdikləri e-poçt ünvanlarına CTF-in 8 tapşırığı göndəriləcək. Tapşırıqları həll etdikcə komandalar onları e-poçt ilə geri göndərməlidirlər. E-poçt formatı belə olmalıdır:

Komandanın ID nömrəsi


Tapşırığın adı


Tapşırığın həlli (Flag)

Həll düzgün olduqda həllin düzgünlüyü barədə təsdiq məktubu gələcək. Həll səhv olduqda onu həll etməyə  şans veriləcək. Hər bir tapşırıq üçün maksimum 3 cəhd göndərmək olar.
 Tapşırığa düzgün cavab tapmış komandalar reytinq cədvəlində sıralanacaqlar. Ən çox tapşırıq həll etmiş komandalar daha yuxarı reytinqdə olacaqlar.

Eyni sayda tapşırıq həll etmiş komandalar vaxt cədvəlinə görə reytinqdə sıralanacaqlar. Tapşırığı tez həll etmiş komanda daha yüksək reytinqdə olacaq. Reytinqdə yüksək reytinq toplamış 5 komanda qaliblər sırasında olacaq.

Yarışa Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verəcək. Yarışın sponsoru “R.I.S.K” şirkəti, texniki dəstəkçisi “Delta Telecom” şirkəti, təşkilatçısı isə “İlk addımlar” onlayn tədris portalıdır.

Aynur Vəliyeva
 



Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024