12px13px15px17px
Tarix:29/03/14

“Elektron Təhsil” müsabiqələrində rəqabətə davamlı resurs hazırlamaq istəyən müəllimlər üçün təlimlər başlayıb

Azərbaycan Təhsil Şurasının dəstəyi ilə martın 29-dan Bakı şəhəri Nizami rayonu 129 saylı məktəbdə “Script Acitions” kodlarından istifadə etmədən Flash (exe) formatında resursların hazırlanması məqsədilə müəllimlər üçün təlimlər başlayıb.

Martın 30-na qədər davam edəcək təlim müddəti ərzində iştirakçılar konverter (flesh), konverter (video, gif ) proqramlarından yararlanıb bacarıqlar əldə edəcəklər. Bundan əlavə, müəllimlərə resurslara verilən tələblər, dizayn baxımından tərtibatı, interfeys rahatlığının və s. düzgün seçilməsi haqqında müəyyən bacarıqlar formalaşdırılacaq və məlumat veriləcək.

İştirakçılar istənilən yerli və beynəlxalq “Elektron Təhsil” müsabiqələrində rəqabətə davamlı resurs hazırlamaq bacarıqlarına yiyələnəcəklər. Təlimlər Kamran Əliyev və Mülkü Babaxanov tərəfindən aparılacaq.


Həqiqət İSABALAYEVA



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024