12px13px15px17px
Tarix:31/03/14

“Facebook” şirkəti “Apple iOS” üçün “Messenger” messencerini yeniləyib

"Facebook" "iOS" əməliyyat sistemi üçün messencerini yeniləyib. Ötən həftənin cümə günü təqdim olunmuş "Facebook Messenger" versiyasında həmsöhbətləri müxtəlif əlamətlər (məsələn "kolleqa", "dost", "qohum"  və sairə) üzrə qruplaşdırmaq olar.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bundan başqa, tətbiqin yeni versiyasında istifadəçilər mesaj və ya fotoşəkli hamı və ya seçilmiş iştirakçılara göndərə bilər.

Qeyd edək ki, şirkətin bu yaxınlarda "WhatsApp" messencerini 19 milyard dollar satın almasından sonra "Facebook Messenger"in taleyi bir qədərə naməlumdur. Ehtimal ki, ki, "WhatsApp" messenceri gələcəkdə tamamilə "Facebook Messenger"i əvəz edəcək.


Emil Hüseynov




Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024