12px13px15px17px
Tarix:31/03/14

“Virtual Məmləkətim”

Paytaxtda “Virtual Məmləkətim” layihəsi həyata keçiriləcək. Cari il aprelin 5-dən 20-nə qədər olan müddətdə reallaşdırılacaq layihə Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə  ərsəyə gələcəck. Sözügedən proqram çərçivəsində cəlb olunacaq 15 iştirakçıya ilkin olaraq bloq təlimləri keçiriləcək.

Sonrakı mərhələdə hər bir iştirakçı Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə fəaliyyət göstərəcək bloq yaradaraq topladıqları məlumatları elektron formada öz bloqlarında yerləşdirəcəklər. Layihənin sonda iştirakçılar arasında müsabiqə keçiriləcək və ən yaxşı üç bloq sahibi diplom və mükafatla təltif olunacaq.


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi icra olunana layihənin məqsədi gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də, ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıtdırılması üçün İKT – dən  düzgün istifadə edərək onları bu işə cəlb etməkdən ibarətdir.

Onu da qeyd edək ki, 16-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaq. İştirak üçün müraciət etmək istəyənlər 03 aprel 2014 – cü il tarixinə qədər öz CV – lərini və iştirak etmək məqsədlərini virtualmemleketim@gmail.com elektron ünvanına göndərə bilərlər.

Seymur



Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024