12px13px15px17px
Tarix:01/04/14

Oğurlanmış cihazların bloka salınması ilə 2,6 milyard dollara qənaət ediləcək

Kaliforniya hakimiyyəti mobil telefon və planşet istehsalçılarını öz məhsullarını "ölüm çeviricisi" (Kill switch) ilə təchiz etmək üçün icbari qanun layihəsini müzakirə edəcək. Nəticədə itirilmiş və ya oğurlanmış cihazları uzaq məsafədən bloka salmaq mümkün olacaq.

"Sözügedən texnologiyanın tətbiqi elektronika cihazlarının oğurlanmasının sayını azaltmağa imkan verəcək". Kreyton Universitetində statistika kafedrasının professoru Uilyam Dakvort belə hesab edir.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Dakvortun qiymətləndirməsinə görə, hər il amerikalılar itirdikləri telefonların əvəzinə yeni telefonların satın alınmasına təxminən 580 milyon dollar xərcləyirlər, daha 4,8 milyard dollar isə qurğuların sığortasına xərclənir. Keçirilən sorğuda iştirak etmiş amerikalıların, demək olar ki, hamısı mobil aparatların uzaq məsafədən bloka salınması texnologiyasının tətbiqinə səs veriblər.

"Ölüm çeviricisi"nin istifadəsi cinayətkarlarda telefon oğurlamaq arzusunu söndürə bilər – qoruyucu texnologiya onu sonrakı istifadə üçün tamamilə yararsız hala gətirəcək. Bu halda amerikalılar ildə təxminən 2,5 milyard dollara qənaət edəcəklər.

Emil Hüseynov



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024