12px13px15px17px
Tarix:01/04/14

“Sony” şirkəti "elektron kağız" əsasında planşet hazırlayıb

“Sony” şirkəti "elektron kağız" texnologiyası əsasında hazırlanmış nazik planşetini təqdim edib. Yeni qurğunun qalınlığı 7 mm-dir, diaqonalı isə A4 ofis kağız vərəqi ölçüsündədir. “Sony Digital Paper” “E-ink” texnologiyasına əsaslanır, istifadəçilərə sənədləri oxumağa və qeydlər etməyə icazə verir.

Bu halda planşet az enerji sərf edir, şarj topladıqdan sonra üç həftəyədək işləyə bilər. Bundan başqa, qurğunun ekranı həm qaranlıq, həm də işıqda eyni cür göstərir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, qurğu satışa may ayında çıxarılacaq və qiyməti 1100 dollar olacaq. Qeyd edək ki, “Digital Paper” “Sony” şirkəti ilə əməkdaşlıq çərçivəsində E-ink texnologiyası əsasında hazırlanmış birinci kütləvi kommersiya planşetidir.
“Sony” şirkətindən bildirilib ki, planşetin ekranının təsvir ölçüsü 1200x1600 piksel təşkil edir və bu, “FullHD” videonun göstərilməsi üçün kifayət deyil, lakin mətn, qrafik və fotoşəkillərin dərc edilməsi üçün kifayətdir.

Planşet “Adobe PDF” formatını dəstəkləyir və yalnız sənədləri açmaq deyil, həm də saxlamaq mümkündür. Başqa formatlarda olan sənədlər ilk öncə PDF formatına çevrilir, daha sonra göstərilir.
Daxili yaddaşın həcmi 4 QB təşkil edir, SD yaddaş kartları hesabına onu artırmaq olar.

Emil Hüseynov




Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024