12px13px15px17px
Tarix:01/04/14

İş yerlərinin əmək standartlarına uyğunluğunun müayinəsi üçün xüsusi laboratoriyalar yaradılacaq

Azərbaycanda iş yerlərinin əmək standartlarına uyğunluğunun müayinəsi, müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyalar yaradılacaq. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu sahədə işlərə başlanılıb.

Nazirlikdən verilən məlumata görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə ƏƏSMN-in sifarişi əsasında Bakı şəhərində nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisinə hazırlıq işləri aparılır.

Sonrakı mərhələdə digər bölgələrdə də belə laboratoriyaların yaradılması reallaşdırılacaq. Hazırda laboratoriyalar üçün xarici ölkələrdən müasir texniki avadanlıqlar alınaraq  gətirilib və onların Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınaraq sertifikatlaşdırılması istiqamətində də işlər aparılır.

 Hər hansı iş yerində işçilərin həyat və sağlamlığına mənfi təsir göstərən amillər aşkarlandığı təqdirdə həmin müəssisə ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024