12px13px15px17px
Tarix:02/04/14

Braziliya və Avropanı birləşdirəcək yeni transatlantik kabel xətti çəkiləcək

Braziliya və Avropa İttifaqı iki qitəni birləşdirəcək yeni transatlantik kabel xəttinin çəkilməsi barədə razılığa gəliblər. Dəyəri 135 milyon avro təşkil edəcək layihə Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən trafikin ələ keçirilməsindən yayınmaq üçün Birləşmiş Ştatlardan yan keçəcək.
 
Kabel xətti Portuqaliyanın Lissabon və Braziliyanın Fortalezu şəhərlərini birləşdirəcək. "Biz məxfilik, insan hüquqları və dövlətlərin suverenliyinə hörmətlə yanaşmalıyıq. Biz şirkətlərin izlənməsini istəmirik. İnternet bəşəriyyətin ən böyük kəşflərindən biridir. Buna görə biz şəbəkə neytrallığı və fikir azadlığını dəstəkləyən demokratik məkan haqqında razılığa gəlmişik", - Braziliya Prezidenti Dilma Russeff deyib.  
 
Aİ Şurasının sədri Herman van Rompey isə informasiya təhlükəsizliyinin təmini məqsədilə kabel xəttinin ABŞ-dan yan çəkilməsinin vacibliyini qeyd edib.
 
Braziliya bu yaxınlarda bütün internet şirkətlərini istifadəçilərin fərdi məlumatlarını yalnız ölkə daxilində saxlamağa məcbur edən yeni qanun qəbul edib. Bundan əlavə, Braziliya mühafizə olunmuş elektron poçt infrastrukturunu yaratmaq niyyətindədir. Bütün bunlar ABŞ MTA tərəfindən xarici dövlət liderlərinin izlənməsi, eləcə də internet trafikin kütləvi şəkildə dinlənilməsi ilə bağlı məlumatlar açıqlandıqdan sonra xüsusi aktuallıq kəsb etməyə başlayıb, - "Xaker" www.xakep.ru yazır.  



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024