12px13px15px17px
Tarix:03/04/14

“KitKat” versiyası “Android” platforması ilə işləyən mobil qurğuların 5.3 faizində quraşdırılıb

"Google" şirkəti hər ay "Android" mobil əməliyyat sisteminin ayrı-ayrı versiyalarının populyarlığını xarakterizə edən statistika dərc edir. Yeni məlumatlara əsasən, "Android 4.4 KitKat" versiyası getdikcə populyarlaşır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 1 aprel 2014-cü il tarixinə görə populyar mobil platformanın bu versiyası "Android" platforması ilə işləyən smartfon və planşetlərin 5.3 faizində quraşdırılıb. Bu göstərici ötən ay 2,5 faiz olub. "Jelly Bean" versiyasının göstəricisi 62-dən 61,4 faizədək azalıb. "Ice Cream Sandwish" versiyasında azalma 1 faiz olub.
 
"Android"-cihazlar bazarında "Gingerbread" versiyasının payı 17.8 faiz olub. "Android 3.2 Honeycomb" versiyası demək olar ki istifadə edilmir, lakin "Android 2.2 Froyo" indiyədək "Google"un əməliyyat sistemi ilə işləyən cihazların 1,1 faizində quraşdırılıb.
 
Emil Hüseynov



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024