12px13px15px17px
Tarix:03/04/14

“Yahoo!” təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir

"Yahoo!" internet şirkəti korporativ bloqunda yazıb ki, hazırda şirkətin məlumat mərkəzləri arasında bütün trafik şifrlənir. Həmçinin şirkətdən bildirilib ki, istifadəçi xidmətləri, xüsusən "Yahoo Messenger"də əlavə təhlükəsizlik vasitələri reallaşdırmaq niyyətindədir.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ötən ilin noyabrında "Yahoo!"-nun baş direktoru Marissa Meyer elan edib ki, şirkət ABŞ hökuməti tərəfindən casusluq haqqında informasiyanın açıqlanması ilə bağlı bir sıra tədbirlər görəcək. Hazırda şirkətin xidmətlərinin istifadəçiləri "Yahoo!"-nun populyar məhsullarının mühafizəli variantları ilə işləyirlər.
 
Xatırladaq ki, Edvard Snouden məlumat vermişdi ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) "Yahoo!" və "Google" şirkətlərinin məlumat mərkəzləri arasında məlumatları ələ keçirir. Məlumat mərkəzlərinin operatorları buna cavab olaraq bildirmişdilər ki, onlar bundan xəbərsiz olublar və magistral rabitə sistemlərində məlumatları qorumaq niyyətlərini bildiriblər.
 
"Yahoo!" bloquna əsasən, martın 31-dək şirkətin məlumat mərkəzləri arasında ötürülən bütün məlumatlar şifrlənib ki, bu da onların ələ keçirilməsinin qarşısını almalıdır. Həmçinin "Yahoo Search"də axtarış sorğuları şifrlənir.
 
Emil Hüseynov



Baxış sayı: 880

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024