12px13px15px17px
Tarix:03/04/14

Tərəfdaş ölkələrin kibertəhlükəsizlik təcrübələri öyrəniləcək

NATO-nun Brüsseldəki mənzil-qərargahında informasiya-kommunikasiya texnologiyaları istiqamətində növbəti müzakirələr keçirilib. NATO və tərəfdaş ölkələrin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, nümayəndə heyətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparıcı məsləhətçisi Etibar Umudov və İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Bəhruz Məmmədov daxil olub. 
 
E.Umudov  bildirib ki, NATO Sənaye Araşdırmaları və Rabitə Xidmətləri Qrupunun görüşündə bir sıra aktual məsələlər, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının sənayedə tətbiqi, elektron xidmətlər, onların  sayı, təkmilləşdirilməsi məsələləri, 2014-2015-ci illər üzrə işçi qrupunun iş planı müzakirə olunub. Onun sözlərinə görə, bununla yanaşı, ölkələrin təcrübələrinin öyrənilməsi, bu sahədə qarşıya çıxan çətinliklərin digər dövlətlərdə yaşanmaması üçün təkliflər səsləndirilib:
 
 "Müzakirələr zamanı qeyd edilib ki, kibertəhlükəsizliklə bağlı beynəlxalq tədbirlərin və seminarların keçirilməsi nəzərdə tutulub. Bu cür tədbirlərdə tərəfdaş ölkələrin iştirakı və təcrübələrin bölüşdürülməsinin vacibliyi qeyd olundu".
 
SEYMUR
 



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024