12px13px15px17px
Tarix:03/04/14

KİVDF internet mediaya maliyyə ayıra bilər

"Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektoru sürətlə inkişaf edir".
 
"ICTnews" elektron xəbər xidməti bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli söyləyib.
 
O, Fondun yaradılmasının 5 illiyi ilə əlaqədar "Trend"ə verdiyi müsahibəsində deyib ki,  ölkədə İKT-nin inkişafına dövlət tərəfindən hər cür dəstək verilir:
 
"Bildiyiniz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2013-cü il "İKT ili" elan edilmişdir. İnternet medianın da fəaliyyətinə gələcəkdə fond tərəfindən dəstək verilməsi gerçəkləşə bilər. Çünki internet media müasir həyatımızın ən mühüm istiqamətlərindən birinə çevrilməkdədir".
 
Seymur  
 
 



Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024