12px13px15px17px
Tarix:04/04/14

Almaniyada hakerlərin oğurladığı 18 milyon elektron poçt ünvanı aşkarlanıb


Almaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları hakerlərin oğurladığı 18 milyon elektron poçt ünvanı məlumat bazası və onların parollarını aşkarlayıblar. Bu barədə Ferden şəhər prokurorluğunun nümayəndəsi Luts Qebel məlumat verib.  
 
Məlumatlar mümkün kiberhücumların dəf edilməsinə yönələn tədbirlərin görülməsi məqsədilə Federal İnformasiya Texnikası Təhlükəsizliyi İdarəsinə təhvil verilib. Prokurorluqdan bildirilib ki, oğurlanmış elektron poçt ünvanları spamın göndərilməsi üçün fırıldaqçılar tərəfindən aktiv istifadə olunur.
 
"Spiegel online" internet nəşrinin məlumatına görə, oğurlanmış elektron poçt ünvanlarının ən azı 3 milyonu Almaniya istifadəçilərinə məxsusdur.  
 
Bir neçə ay əvvəl hakerlərin təxminən 16 milyon istifadəçinin login və parollarını oğurlaması barədə məlumatlar yayılıb. Bu istifadəçilərin əksəriyyəti də Almaniya vətəndaşları olub, - "İTAR-TASS www.itar-tass.com" yazır.  



Baxış sayı: 924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024