12px13px15px17px
Tarix:04/04/14

Fişinq hücumlarının üçdə biri pulların oğurlanmasına yönəldilib


Cinayətkarlar daha tez-tez maliyyə şirkətlərinin xarici görünüşünü kopyalayan onlayn resurslar yaradırlar ki, məxfi məlumatlara çıxış əldə etsinlər və internet istifadəçilərinin hesablarından pul oğurlasınlar.
 
"ICTnews" xəbər xidmətinin "www.astera.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Kasperski Laboratoriyası"nın statistikası göstərib ki, məşhur bank, ödəniş sistemlərinin və ya internet-dükanlarının adlarının,  istifadəsi ilə həyata keçirilən fişinq hücumlarının payı 2013-cü ildə 31,45% təşkil edib, bu da bir il bundan öncə qeydə alınan göstəricidən 8,5% çoxdur.

Ötən il "Kasperski Laboratoriyası"nın məhsulları 39,6 milyon insanı fişinqdən qoruyub.
 "Kaspersky Security Network" "bulud" infrastrukturunun məlumatlarına əsasən, ən yüksək artım tempi bank adlarını istismar edən hücumlar üzrə da qeydə alınıb: onların payına ümumi maliyyə fişinqinin 70,6%-i  düşüb. Bu arada bütün oxşar hücumların ümumi kütləsində bank brendləri üzrə hücumlar iki dəfə - 22,2% artıb.

Əldə edilmiş məlumatlara əsasən, cinayətkarlar bir çox hallarda iri şirkətlərin adlarından istifadə edirlər: fişinq hücumlarının təxminən 60%-i 25 brendin adından istifadə edib.
Ödəniş sistemləri sahəsində statistika daha birmənalıdır: hücumların 88,3%-də cinayətkarlar  "PayPal", "American Express", "Master Card" və "Visa"nın saytlarının kopyalarından istifadə ediblər.
 
İnternet dükanlara gəldikdə, "Amazon"un adı fırıldaqçılar tərəfindən  daha  çox istifadə ediləndir. Belə ki,  araşdırılan müddət ərzində şirkətin adı onlayn-ticarətlə bağlı fişinq hücumlarının 61%-də istifadə edilib. "Amazon"dan xeyli geridə qalan üçlüyün digər iştirakçıları "Apple" şəbəkə dükanları və "eBay" internet-auksionudur.
 
Maliyyə təşkilatlarının veb-resursları ilə yanaşı, cinayətkarlar sosial şəbəkələrin saytlarını da istifadə edirlər. Ötən il "Facebook"u və ona oxşar resursları təqlid edən saytların istifadəsi ilə edilən hücumların payı 6,8 punkt yüksələrək 35,4% təşkil edib.

"Fişinq hücumlarının cinayətkarlar arasında məşhurluğu onların həyata keçirilməsinin  sadəliyi və effektivliyi ilə mümkündür.
 
Rəsmi saytların xarici görünüşünü kopyalayan saxtakar saytları, hətta təcrübəli internet istifadəçiləri üçün seçmək asan olmur, bu da bir daha xüsusi qoruyucu məhsulların istifadəsinin vacibliyini qeyd edir.

Aynur Vəliyeva
 



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024