12px13px15px17px
Tarix:04/04/14

“ULTRA” şirkəti “HP ServiceOne” proqramı çərçivəsində korporativ sifarişçilər üçün servis mərkəzi xidməti göstərəcək

Azərbaycanın aparıcı İT şirkəti olan "ULTRA" şirkəti bu günlərdə "HP" korporasiyasının "EG Silver ServiceOne" statusuna layiq görülüb.
 
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu şirkətə korporativ sifarişçilər üçün servis mərkəzi xidməti göstərmək mərhələsinə qədəm qoymağa imkan verir.
 
Bu ixtisaslaşma sayəsində "ULTRA" şirkəti şəbəkə avadanlığı, məlumatların saxlanması sistemi və server avadanlığı kimi "HP" məhsulları üzrə xidmətlər  göstərmək imkanı qazanır.
 
"HP ServiceOne", aparıcı tərəfdaşlar üçün işlənib hazırlanmış, "HP"-nin texnoloji xidmətləri üzrə kompleks proqramdır. Proqram, razılıq almış tərəfdaşlara, müəssisənin İT infrastrukturunun bütün fəaliyyət dövrü ərzində, aktual biznes-həllər təklif və təqdim etmək imkanı verir.

Həm servisin inkişafı, həm də "HP" xidmət və məhsullarının satışının artırılmasına yönələn "HP ServiceONE" proqramında iştirak, "ULTRA" şirkətinə xidmət göstərilən avadanlıqların və servis xidmətlərinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək.
 
"ServiceOne" proqramının tərəfdaşı olmaqla, "ULTRA" şirkəti effektiv xidmətlər tövsiyə etmək və "HP"-nin qlobal qaynaqlarına çıxış təqdim etməklə daha dərin ekspert məsləhətləri təqdim edə biləcək. Bu isə, yalnız "ServiceOne" tərəfdaşlarının malik olduqları üstünlüklərdəndir. Sifarişçilər, öz növbəsində, sərmayələrin xərcinin çıxarılması imkanını artırmaq və innovativ texnoloji həllər hesabına texniki riskləri azaltmaq, biznesə fasiləsiz dəstək qazanmaq və "HP"-nin qlobal qaynaqlarına əsaslanan tərəfdaşla iş hesabına üstünlüklər qazanmaq imkanı əldə edirlər.

«Biz "HP"-nin etibarını yüksək qiymətləndirir və uzun illərdir davam edən bu əməkdaşlığa böyük dəyər veririk. Həm Azərbaycanın İT bazarındakı satış, həm də ekspertizanın inkişafı  sahəsində  gördüyümüz işlərin nəticəsi, dəfələrlə yüksək tərəfdaş statuslarına layiq görülüb. Tərəfdaş statusları "ULTRA" şirkətinin mütəxəssislərinin, müxtəlif miqyaslı şirkət və təşkilatlar üçün "HP" məhsulları bazasında, daha effektli hesablama komplekslərinin və istənilən mürəkkəbliyə malik sistemlərin tətbiqi və işlənib hazırlanması sahəsində yüksək səriştə və geniş imkanlara malik olduğunu bir daha təsdiq edir", - deyə "ULTRA" şirkətinin direktoru Zaur Məmmədzadə bildirib.
 
Aynur Vəliyeva



Baxış sayı: 393

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020