12px13px15px17px
Tarix:07/04/14

“Wikipedia” ensiklopediyasının zənginləşdirilməsi ilə bağlı tədbirlər intensivləşir

“Wikipedia”ya yerləşdiriləcək hər bir məlumat konkret olaraq müxtəlif elm sahəsində  bir neçə mütəxəssis tərəfindən rəy verildikdən sonra ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Bu fikir AMEA Naxçıvan bölməsində “Wikipedia” ensiklopediyasının zənginləşdirilməsində AMEA Naxçıvan bölməsi əməkdaşlarının fəallığının artırılması ilə bağlı keçirilən tədbirdə vurğulanıb. 
 
Bölmənin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Elnur Kəlbizadənin sözlərinə görə, tədbirdə Naxçıvanın tarixi abidələri, ədəbiyyatı, mədəniyyəti, folkloru, tarixi, texniki elmləri, iqtisadiyyatı və s. elm sahələrində yerləşdirilən məlumatların düzgünlüyünə əmin olmaq, məlumatları zənginləşdirmək, yanlış yerləşdirilən məlumatların düzgün formasını əsaslandıraraq adminə göndərmək, həmçinin institutlarda bu sahəyə məsul şəxslərin fəaliyyəti məsələləri müzakirə edilib:
 
 
 “Wikipedia” ensiklopediyasında Naxçıvanla bağlı məlumatlar, bəzi mövcud yanlışlıqlar və boşluqlar haqqında əməkdaşlara məlumat verilib. Tədbirdə AMEA Naxçıvan bölməsinin bütün sahələrindən olan əməkdaşları  maraqlandıran sahələr ətrafında müzakirələr aparıblar”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024