12px13px15px17px
Tarix:07/04/14

ABŞ dövlət idarələri “IBM” serverlərindən imtina edə bilər

Hazırda ABŞ-ın əksər federal idarələri, o cümlədən Müdafiə Nazirliyi aktiv şəkildə “IBM” şirkətinin serverlərindən istifadə edir.
Lakin “IBM”-in server biznesinin Çinin “Lenovo” şirkətinə satılması fonunda ABŞ-ın federal qurumları təhlükəsizlik baxımından Çin avadanlığından imtina edə bilər. Bu barədə “Bloomberg” nəşri məlumat verib. Çinin “Huawei Technologies” telekommunikasiya avadanlığı istehsalçısı ilə bağlı məsələdə olduğu kimi, Pentaqon “Lenovo”nun serverlərə “backdoor” (sistemə daxil olmaq üçün quraşdırılan proqram) quraşdıracağından şübhələnir.

Qeyd edək ki, “Lenovo” və “IBM” dəyəri 2,3 milyard dollar təşkil edən saziş imzaladıqlarını bəyan ediblər. ABŞ istehsalçısı “86x” çiplər bazasında həllərin buraxılması üzrə server biznesini “Lenovo”ya satır. Həmçinin saziş çərçivəsində “IBM” müvafiq tərtibatların bir hissəsini də Çin şirkətinə təhvil verir.

“Bloomberg”in məlumatına görə, ABŞ məmurları “Lenovo” nümayəndələri ilə bir sıra görüşlər keçirərək saziş və serverlərin Çin şirkətinin nəzarətinə verilməsi ilə bağlı narahatlıqlarını bildirmək niyyətindədirlər. Qəzet qeyd edir ki, hazırda “IBM”-in server həllərindən Müdafiə Nazirliyi, Federal Ehtiyatlar Sistemi və digər qurumlar istifadə edir.

Ekspertlər bildirirlər ki, adətən belə görüşlər formal xarakter daşıyır, lakin bu dəfə ABŞ mətbuatı federal məmurların “Lenovo” ilə bağlanan sazişə olan marağına çox diqqət yetirir ki, bu da bir çox mətləblərdən xəbər verir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.  




Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024