12px13px15px17px
Tarix:08/04/14

“Rabitəçi gənclər” Göyçayda toplaşır

Bu gün Göyçay rayonunda "Rabitəçi Gənclər" adlı layihəyə start verilir.

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Göyçay rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə baş tutan layihə 50 nəfəri əhatə edir.

Layihə rəhbəri Əhəd Quluzadə bildirir ki, "Rabitəçi Gənclər"in əsas məqsədi gənclərin  İKT sahəsinə olan tələbatını ödəmək, onların arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, müasir texnikadan düzgün istifadə qaydalarının tədrisi işini təşkil etməklə bu səpkidən olan maarifləndirmə fəaliyyətlərini inkişaf etdirmək və onlara lazımi dəstək göstərməkdən ibarətdir.

Göyçayda keçiriləcək tədbirlər zamanı gənclərə İKT sahəsində fəaliyyət göstərən ekspert və təlimçilər tərəfindən ən yeni innovativ tədris metodlarına uyğun təlimlər keçiriləcək. Layihə gənclərin nəzəri-metodoloji  biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə  onların yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq və tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artıracaq.





Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024