12px13px15px17px
Tarix:08/04/14

Azərbaycanın internet ödəmə portalında daha iki xidmətin ödənişlərini aparmaq mümkün olub

“Hesab.az” internet ödəmə portalının xidmət dairəsi genişlənir. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq “Hesab.az”da “ULTEL İP TV” və “Smart TV+” ödənişlərini həyata keçirmək imkanı təqdim olunub.
 
Xatırladaq ki, bu gün “GoldenPay” ödəmə sisteminə 300-dən çox Azərbaycan şirkəti qoşulub. “GoldenPay” vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyasının, həmçinin bir sıra bank kredit ödənişlərini apara bilərlər.
 
Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
 
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
CAHANGİR



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024