12px13px15px17px
Tarix:09/04/14

“Sony Xperia Z2” dünyanın ən yaxşı kamerofonudur

“DxO Labs” mütəxəssisləri smartfonların foto imkanlarını araşdıraraq belə nəticəyə gəliblər ki, bu yaxınlarda nümayiş etdirilmiş “Xperia Z2” smartfonu hazırda ən yaxşı kamerofondur. Aparat testlərdə 79 bal toplayaraq  əvvəlki lider – “Nokia 808 Pureview” smartfonunu ötüb. “Sony Xperia Z1” reytinqdə üçüncü olub.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, yapon cihazı əla rəng verilişi və həm açıq havada, həm də zəif işıqlanma dərəcəsi şəraitində yüksək detallaşdırma ilə onları heyrətləndirib. Mütəxəssislər, həmçinin sürətli və dəqiq avtofokuslaşdırma, səs-küyün aşağı səviyyəsini nəzərə çatdırıblar.
 
“DxO Labs”ın versiyasına görə, 10 ən yaxşı kamerofonlar siyahısında, həmçinin “iPhone 5s”, “Samsung Galaxy S4”, “Nokia Lumia 1020”, “Lumia 925”, “LG G2”, “Galaxy Note 3” və “iPhone 5” smartfonları yer alır.
 
Emil Hüseynov
 



Baxış sayı: 821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024