12px13px15px17px
Tarix:09/04/14

Tullantıların idarəedilməsi və ətraf mühitin mühafizəsinə dair yeni sayt yaradılıb

"Təmiz Şəhər" ASC tullantıların azaldılmasına yönəldilmiş yeni "www.tullantim.az" portalını istifadəyə verib.

Cəmiyyətdən verilən məlumata görə, portalın yaradılmasında məqsəd tullantıların azaldılması rolunun izah edilməsi və buna nail olmaq imkanlarını göstərməkdir. Bu məqsədlə sayt istifadə edilməyən əşyalar barədə məlumatı yerləşdirməklə həmin əşyaları ianə etməyə imkan yaradır. Bu isə həmin əşyaların uzun müddət insanlara xidmət etməsinə, eləcə də onların tullantıya çevrilməməsinə səbəb olur. Belə ki, sayta daxil olmaqla hər kəs lazımsız hesab etdiyi, lakin hələ də istifadə edilə biləcək əşyaları tullantıya çevirmək əvəzinə, həmin əşya barədə məlumatı sayta əlavə edə bilir, bununla da saytın digər istifadəçilərinə fayda vermək imkanı qazanır. Beləliklə, istifadəçilər həm ətraf mühitin qayğısına qalmış, həm də digər insanlara kömək etmiş olurlar.
 
 
 Nəticədə birinin tullantı kimi dəyərləndirdiyi, digərlərinin ehtiyaclarını qarşılaya bilən əşyalar bu resursun köməyi ilə öz yeni sahiblərini tapmış və ikinci həyat qazanmış olurlar. Saytın rahat qeydiyyat və naviqasiya sistemi ianələr barədə məlumatın qısa zamanda əlavə edilməsinə kömək edir.
 
 
Resursun "Facebook", "Twitter" və digər sosial şəbəkələrlə birbaşa bağlı olması isə ianələrin müzakirə edilməsinə və paylaşmasına imkan yaradır.
 
 
Saytda həmçinin tullantıların azaldılmasının müxtəlif yollarının, praktiki məsləhətlər və digər mövzuların istifadəçilər arasında müzakirəsi üçün forum bölməsi yaradılıb.
 
 
CAHANGİR



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024