12px13px15px17px
Tarix:09/04/14

“Intel” 1,5 min əməkdaşı işdən azad edir

“Intel” şirkəti Kosta-Rikanın Erediya şəhərində yerləşən zavodun bağlanması ilə əlaqədar 1,5 min əməkdaşını işdən azad edir.

1997-ci ildə istifadəyə verilən zavodda şirkət yığma əməliyyatlarını həyata keçirib və mikrosxemlərin sınaqlarını aparıb. “Intel” nümayəndəsi Çak Malloyun sözlərinə görə, altı ay ərzində sifarişlər buradan şirkətin Çin, Malayziya və Vyetnamda yerləşən zavodlarına köçürüləcək.

Aprelin 8-də ABŞ istehsalçısı nümayəndələri bu günlərdə Kosta-Rikanın yeni prezidenti seçilmiş Luis Qilermo Solis ilə görüşüblər. Görüş zamanı şirkət rəhbərliyi ölkə prezidentinə onların zavodun bağlanması ilə bağlı qəbul etdikləri qərarın hakimiyyət dəyişikliyinə aid olmamasını bildirib.
Kosta-Rikada yığım və sınaq xətlərinə xidmət göstərən personal ilə yanaşı, 1 mindən çox tədqiqatçı və digər mütəxəssislər çalışır. Onların iş yerləri saxlanılacaq. Bundan başqa, ilin sonunadək “Intel” daha 200 nəfəri işə qəbul etməyi planlaşdırır.

Cari ilin yanvarında “Intel” dünya üzrə 107 min nəfərin daxil olduğu ştatını 5 faiz – 5,35 min nəfəri azaltmaq niyyətində olduğunu açıqlayıb. Kosta-Rikada həyata keçirilən ixtisarlar bu planın tərkib hissəsidir.

Bundan başqa, şirkət Arizonada 14 nanometrlik texnologiya əsasında mikrosxem istehsalı zavodunun istifadəyə verilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Zavodun inşasına kapital xərclərinin məbləği 5 milyard təşkil edir.

“Intel” fərdi kompüterlərə tələbatın azalması səbəbindən planlarına dəyişiklik etmək məcburiyyətində qalıb. “Gartner” analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünya bazarına fərdi kompüterlərin tədarük həcmi 2012-ci illə müqayisədə 10 faiz - 315,97 milyon ədədədək azalıb ki, bu da rekord azalma kimi tarixə düşüb. Analitiklərin proqnozlarına görə, 2014-cü ildə ənənəvi fərdi kompüterlərin dünya bazarına tədarükü 6,6 faiz azalacaq, - "CNews www.cnews.ru” yazır.



Baxış sayı: 368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.