12px13px15px17px
Tarix:09/04/14

Dünyanın ən nüfuzlu şirkətlərinin reytinqi bəlli oldu

“Google” şirkəti “Reputation Institute” konsaltinq agentliyi tərəfindən tərtib edilmiş dünyanın ən nüfuzlu korporasiyaları reytinqində birinci  olub. İnternet nəhəngi “Walt Disney” şirkəti ilə birinci yeri bölüşüb.
100 tanınmış şirkətdən ibarət olan siyahı 2014-cü ilin ilk aylarında dünyanın 15 ən böyük dövlətində (Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Meksika, Rusiya, Cənubi Koreya, İspaniya, Böyük Britaniya və ABŞ) keçirilmiş “Global RepTrak 100” reytinqinin tədqiqat məlumatlarına əsaslanır.
 
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Google”dan başqa, yüksək texnologiyalar dünyasının daha bir neçə nəhəngi onluqda yer alıb. Yaponiyanın “Sony” şirkəti ötənilki “Global RepTrak 100” reytinqi ilə müqayisədə bir pillə irəliləyərək beşinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə “Canon” (6) və “Apple” (7) şirkətləri yer alıblar.
 
“Microsoft” şirkəti üç pillə geriləyərək 10-cu olub. Maraqlıdır ki, Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 10-cu yeri proqram nəhəngi ilə bölüşür. Cənubi Koreya nəhəngi istehlakçılar tərəfindən nüfuz və inam baxımından “Apple” və “Samsung” şirkətlərindən nəzərəçarpacaq dərəcədə geri qalırdı: 2011-ci ildə “Samsung” şirkəti 43-cü, 2013-cü ildə 16-cı olub.
 
Araşdırmaya əsasən, “Apple” ən innovasiyalı şirkət, “Google” isə ən yaxşı iş yeri hesab edilib.
 
Emil Hüseynov



Baxış sayı: 992

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024