12px13px15px17px
Tarix:09/04/14

Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri yaradır

Azərbaycan Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) kibertəhlükəsizlik ilə mübarizə üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurur.
 
ETM-nin rəhbəri Faiq Fərmanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən,  hazırda mərkəz beynəlxalq “CERT (Computer Emergency Response Team)” təşkilatına əməkdaşlıqla bağlı müraciət edib.
 
“Yaxın 2-3 ay müddətində “CERT” müraciətə münasibətini bildirəcək və gələcəkdə biz bu təşkilatla kompüter insidentləri ilə mübarizə sahəsində təcrübə mübadiləsi, onların maarifləndirmə və məlumatlandırma sahəsində təcrübəsinin Azərbaycanda tətbiqini  təşkil edəcəyik”,- deyə o bildirib.
 
Bununla yanaşı, Elektron Təhlükəsizlik Mərkəzi “Trusted Introducer” və “FIRST” birlikləri ilə də danışıqlar aparır.
 
“Trusted Introducer”  2000-ci ildə Avropanın informasiya təhlükəsizliyi insidentləri ilə mübarizə (CERT) komandaları tərəfindən, onların fəaliyyətinin effektivliyini təmin edəcək texniki və informasiya dəstəyini göstərəcək infrastrukturun   təşkili üçün yaradılıb.
 
“FIRST” isə İnformasiya təhlükəsizliyi insidentlərinə reaksiya komandalarının beynəlxalq birliyidir. Hazırda “FIRST”-un Avropa İttifaqı, Asiya-Sakit Okean regionunda, ABŞ-da, Kanadada, Avstraliyada və MDB-də 200-dən çox üzvü mövcuddur.
 
Aynur Vəliyeva



Baxış sayı: 1522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024