12px13px15px17px
Tarix:10/04/14

“Dropbox” fotoşəkillərin saxlanılması üçün yeni əlavə buraxıb

“Dropbox” “bulud” servisi San-Fransiskoda keçirilən təqdimatda fotoşəkillərin və videoların saxlanılması üçün "Carousel” əlavəsini təqdim edib. Əlavədən aprelin 9-dan “AppStore” və “Google Play” mağazalarından yararlanmaq mümkündür. Tərtibatçılar yeni proqramı “bütün xatirələr üçün vahid məkan” adlandırıblar. Əlavə vasitəsilə yüklənən bütün fayllar “Dropbox”da saxlanılır.

“Carousel” mobil qurğunun ekranının aşağı hissəsində vaxtı göstərir. İstifadəçi orada bu və ya digər gündə çəkdiyi fotoşəkillərə və videolara baxa bilər. Fayllar həmçinin çəkiliş yerinə görə çeşidlənir.
Bundan başqa, əlavə eyni anda çoxlu faylı paylaşmağa imkan verir. “Mən bir saniyədə yüzlərlə fayl göndərə bilərəm”, - təqdimatda “Mailbox” poçt xidmətinin təsisçilərindən biri, hazırda “Dropbox”da çalışan Centri Andervud deyib.

“The Verge” nəşrinin məlumatına görə, “Carousel”də “Dropbox”un 2012-ci ilin dekabrında satın aldığı "Snapjoy” əlavəsinin funksiyalarından istifadə olunub.

“Dropbox” həmçinin öz servisinin korporativ versiyasını da nümayiş etdirib. "The Washington Post”un bildirdiyinə görə, biznes üçün versiya mühafizə olunur. Bundan əlavə, istifadəçilər həmkarlarının “Dropbox”da yerləşdirilən fayllara hansı dəyişikliklər etməsini izləyə biləcəklər.

Təqdimatda “Dropbox” kompüter və “Android” əməliyyat sistemi üçün "Mailbox” servisinin versiyalarını da təqdim edib. Şirkət “Mailbox”u 2013-cü ilin martında 100 milyon dollara satın alıb və poçt servisinin bütün əməkdaşları işlərini davam etdirmək üçün “Dropbox”a keçiblər.

“Dropbox” istifadəçilərinin sayı 275 milyon nəfər təşkil edir. 2014-cü ildə şirkət 350 milyon dollar məbləğində investisiya cəlb edib.

Təqdimatda “Dropbox” həmçinin şirkətin Direktorlar Şurasına ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Raysın daxil olmasını da elan edib. Onun təcrübəsindən servisin digər ölkələrə yayılması üçün istifadə olunacaq.   

2007-ci ildə yaradılan “Dropbox” istənilən faylı saxlamağa, eləcə də onları qurğular arasında sinxronlaşdırmağa imkan verir. Servisdən istifadə pulsuzdur, lakin pul ödəməklə fotoşəkil və videoları saxlamaq üçün əlavə yer almaq olar, - "theRunet www.therunet.com” yazır.



Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024