12px13px15px17px
Tarix:10/04/14

İTİDF-yə təqdim olunan startup layihələrinin müəllif hüquqlarının təmin edilmə mexanizmi müəyyən edilib

Azərbaycan Müəllif  Hüquqları Agentliyi tərəfindən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna (İTİDF) təqdim edilən startup layihələrinin müəllif hüquqlarının təmin edilmə mexanizmi müəyyən edilib.
 
 
Fondun icraçı direktorunun müavini Azər Bayramovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, qrant layihələri qəbul edilməzdən öncə müəlliflər layihələrini  Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirməli olacaqlar.
 
 
“Təqdim edilən qrant layihələri arasında bəzi hallarda oxşar layihələrə rast gəlinir və müsabiqə nəticəsində oxşar layihələrdən biri qəbul edilib digər rədd edildiyi zaman bu müəlliflər tərəfindən narazılığa səbəb olur. Biz bu kimi hallar baş verməsin deyə, təqdim edilən  layihənin  müəllif hüquqlarını müvafiq agentlikdə qeydiyyatdan keçirməyi təklif edəcəyik. Bu, müəlliflərin maraqlarına uyğundur və cüzi xərclər tələb edir. Bizdə olan məlumata əsasən, fiziki şəxslər  5 manat, hüquqi şəxslər isə 20 manat rüsum ödəməklə bu prosedurdan keçə bilərlər”,- deyə o bildirib.
 
 
Qeyd edək ki, Müəllif Hüquqları Agentliyi dövlət müəssisələrinə təqdim edilən layihələrin müəllif hüquqlarını təmin edir. Bunun üçün agentliyə dövlət orqanından rəy daxil olmalıdır və bu rəy əsasında ilk növbədə layihənin ekspertizası keçirilir, onun orijinallığı və digər göstəriciləri müəyyən edilir. Bundan sonra layihə qeydiyyata alınır və gələcəkdə onun müəllifinin əqli mülkiyyət hüquqları təmin edilir.
 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024